Yəhudi olmayan “azlıqlar”

yehudi-olmayan-azliqlar
Oxunma sayı: 1764


Heç yadımdan çıxmaz. 4-5 il əvvəl “Oscar” kinomükafatlarının təqdimatı zamanı aparıcı Stive Martin açılış nitqində bir zarafat eləmişdi.

O, Tarantinonun “Şərəfsiz alçaqlar” (“Inglourious Basterds”) filmdəki faşist zabit obrazını yaradan avstriyalı aktyor Kristof Valtsa zalı göstərərək demişdi ki: 

“Cənab Valts, siz, deyəsən, öldürmək üçün yəhudiləri axtarırdınız. Buyurun, onlar burdadırlar”.

Elə bilirsiniz zarafat edirdi Stiv Martin? Yox, elədir ki var. Hollivudda, Avropada ən sayılıb seçilən, bol-bol mükafat alan aktyorların, rejissorların prodüserlərin əksəriyyəti yəhudilərdir. Böyük yapım şirkətlərinin hamısı onlara məxsusdur. 

Razıyam ki, yəhudi lobbisi təkcə cinema dünyasında deyil, xüsusən Amerikada bütün strateji məqamlarda yerini alıb. Sözüm onda deyil. Bu gün yəhudi olmayan məşhurlardan yazmaq istəyirəm. Hollivuddakı “milli azlıq”lardan. 

Bu yazını yazmağıma səbəb İsrailin məşhur “Haaretz” nəşrinin dərc etdiyi bir məqalə oldu. 2014-cü ilin fevralında çıxıb. Adı da belədir: “Qeyri-yəhudi aktyorların ifa etdiyi 11 ən gözəl yəhudi obrazı”.

O siyahıdan cəmi 2 nəfərin adını çəkəcəyəm. 

1. Leonardo Dicaprio - “Uol Strit canavarı” (Wolf of Wall Street) - Jordan Belfort ;

2. Tom Cruise - “Tropik ildırımı” (Tropic Thunder) -  Les Qrosman; 

Dikaprionun ifa etdiyi məşhur broker Cordan Belfort filmdən sonra Amerikada fenomenə çevrildi. Ömrünü əyyaşlıq, naroktika və eyş-işrət içində keçirən bu çılğın şəxs indi də sağdır və marketinq üzrə professional təlimlər aparan şirkətin sahibidir. 

Tom Kruzun ifa etdiyi yekəqarın Qrosman obrazının isə əslində Harvi Veynşteyn (Harvey Weinstein) olduğu iddia olunur. Həmin o Veynşteyn ki, vaxtı ilə Miramax kampaniyasını qurub. (Anasının adı Miriam, atasının adı isə Max olub.) İndi də qardaşı Bobla birlikdə “Əeinstein Company”nin sahibidir. 

Hər ikisi səs-küylü və mükəmməl ifa edilmiş rollardır. Dikaprio ümumiyyətlə, Titatinik filmindən sonra çəkildiyi bütün filmlərdə yeni tərzini oturdan, ilbəil özünü inkişaf etdirən, ifa etdiyi rolu yaşayan və tamaşaçıya qəbul etdirən aktyordur. 

Tom Kruz son dövrlər monotonlaşsa da, köhnənin sənətkarıdır. “Maqnolia” “4 İyulda doğulanlar” filmlərindəki çıxışı təqdirəlayiq olub. Çəkildiyi filmlərin 90%-i yaxşı gəlir gətirib. Yaşı 50-i ötsə də, “baby face”ni qoruyub saxlaya bilib. (Sonuncu zarafat idi...)

Amma bu iki aktyorun heç biri, nədənsə, “Oscar” almayıblar. Təsəvvür edirsiz? Sizə elə aktyor, aktirsaların adlarını çəkərəm ki, heç adını eşitməmisiz, amma “qızıl heykəlciyi” var. Di gəl ki, Dikaprio kimi aktyora bu mükafatı verməyiblər hələ. Milyonlardan fərqli olaraq Kinoakademiya bu adamaları sevmir. (siyahını artırmaq da olar) Səbəbini özünüz fikirləşin. 

Bir məqamı da yadınıza salım. Dikaprio sevgilisi və evlənməyə hazırlaşdığı model Bar Rafaeli ilə məhz din söhbətinə görə ayrıldı. Yəhudi xanım onunla evlənəcəyi təqdirdə musəvi dininə keçməyini tələb etmişdi, Leo isə xristian dini ilə yox, sevgilsi ilə yollarını ayırmışdı.