“Qafqazinfo” virtualaz.org-a istinadən bildirir ki, bu barədə İsrailin "Ha-aretz" nəşri məlumat yayıb.
"Fələstin xalqının davam edən soyqırımı"na son qoyulmasına çağırıldığı məktubda vurğulanır ki, "soyqırımı beynəlxalq ictimaiyyətin sükutundan başlayır".
Məktubu imzalayanlar İsraili Qəzzaya tətbiq etdiyi embarqonu aradan qaldırmağa, dünya ictimaiyyətini isə "İsraili iqtisadi, mədəni və elmi cəhətdən boykot etməyə" çağırıblar.
Müəlliflər Amerika Birləşmiş Ştatlarını və bütövlükdə Qərbi də qınayıblar ki, onlar İsrailin hərbi əməliyyatlarını maliyyələşdirir və törətdiyi əməllərə görə onun beynəlxalq qınaq obyektinə çevrilməsinə imkan vermirlər.
Son xəbərlər
Son Xəbərlər