Yelkənçilərimiz Avropa çempionatına hazırlaşır

yelkencilerimiz-avropa-cempionatina-hazirlasir
Oxunma sayı: 722

Yelkənli İdman Federasiyasının “Optimist” sinfi üzrə yelkənçilərindən ibarət komandası Fransada “Optimist” sinfi üzrə keçiriləcək Avropa çempionatında iştirak edəcək. Çempionata hazırlıq məqsədilə yelkənçilər İzmirdə məşqlərə start veriblər.

"Qafqazinfo" xəbər verir ki, təlim – məşq düşərgəsində Azərbaycanı “Optimist” sinfi üzrə yelkənçilər Kristina Kərimova, Fidan Ağazadə, Səxavət Əzimov, Murad Hacı-Zadə, Timur Sıkaçevskiy, “Optimist” sinfi üzrə baş məşqçi təmsil edirlər. Seyhun Yıldızın rəhbərliyi altında təlimatlanan yelkənçilərimiz qayıqların hazırlanması, yelkənlərin qurulması prosesini uğurla baş çatdırıblar.

Hazırlıq məşqlərində Yunanıstan, Malta, Bolqarıstan və Türkiyədən olan yelkənçilər də iştirak edir. Məşqlərə Beynəlxalq və Dünya Yelkəni üzrə məşqçi Vagelis Atzemian tərəfindən hazırlıq toplantısından sonra məşqlərə start verilib. Yelkənçilər xüsusi çətin şərtlər altında məşqlərə cəlb olunublar. Saatlarla davam edən məşqlərdə Azərbaycan Yelkənli İdman Federasiyasının yelkənçiləri bacarıq və hazırlıqları ilə beynəlxalq məşqçilərin rəğbətini qazanmağa müvəffəq olublar. 

Təlim məşqlərin keçirilməsində Azərbaycan Yelkənli İdman Federasiyasında hazırda "Optimist" və "Laser" sinifləri üzrə iki komanda formalaşıb. Bu siniflər üzrə ayrı – ayrılıqda, xaricdən dəvət edilən 2 baş məşqçi fəaliyyət göstərir. Məhz xaricdən dəvət edilən idman menecerləri, yüksək göstəricilərə malik mütəxəsislərin köməyi ilə komandaların məşqləri keçirilir.