ABŞ Federal Ehtiyat Sisteminin (FED) rəhbəri Canet Yellen Konqresdə ilk 6 aylıq hesabatını açıqlayıb.
“Qafqazinfo” “Bloomberg” agentliyinə istinadən xəbər verir ki, Yellen ABŞ iqtisadiyyatının bir neçə il ərzində yüksəlişə davam edəcəyini, investisiyalara və ABŞ məhsullarına qlobal tələbin artdığını söyləyib. O, bu faktorların faiz artımına səbəb olacağını bildirib.
Yellen işsizlik səviyyəsinin 4,4 faizə düşdüyünü deyib. FED rəhbəri FED-in gələn bir neçə ildə də uçot dərəcəsini artıracağını planlaşdırdığını da vurğulayıb.
Onun yumşaq tonda çıxışı dolların kəskin ucuzlaşmanın qarşısını alıb. Belə ki, dollar bu çıxışdan sonra cəmi 0,0018 faiz ucuzlaşıb.
Son xəbərlər
Son Xəbərlər