Yelo Bank-dan Cocuq Mərcanlı məktəblilərinə dəstək

Yelo Bank-dan Cocuq Mərcanlı məktəblilərinə dəstək
Oxunma sayı: 362

Yelo Bank sentyabrın 14-də Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində baş tutmuş “Kəndlərdə idmanı inkişaf etdirək” layihəsinə dəstək olub.

Layihə AFFA və Cəbrayıl Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə həyata keçirilib. 

Görüşdə 44 gün davam edən Vətən müharibəsində işğaldan azad olunmuş ərazilərimizdə həyata keçirilən geniş miqyaslı tikinti quruculuq işləri və bu cür tədbirlərin regionlarda idmanın inkişafı üçün əhəmiyyəti qeyd edilib.

Tədbirin sonunda Yelo Bank sağlam həyat tərzinə marağı artırmaq məqsədi ilə məktəbliləri idman geyimləri ilə təmin edib.

Cocuq Mərcanlı Bankın “Kəndlərdə idmanı inkişaf etdirək” layihəsi üzrə dəstək olduğu ilk kənd oldu. Layihənin ölkəmizin digər bölgələrində də həyata keçirilməsi planlaşdırılıb.

Əlavə sualınız var? O zaman 981 nömrəsinə zəng edin və ya Facebook Instagram  hesablarımıza yazın cavablandıraq! 

Yelo Bank – Parlaq bankçılıq