Yelo Bankın rəhbərliyində yeni təyinat

Yelo Bankın rəhbərliyində yeni təyinat
Oxunma sayı: 1497

Yenilənmələrin uğurlu başlanğıcı ilə bağlı Yelo Bank komandası cari proseslərdən ruhlanıb və bankın uğurlu gələcəyinə öz töhfəsini vermək arzusunda olan yeni peşəkar kadrlarla böyüməyə davam edir.

"Qafqazinfo"ya daxil olan məlumata görə, Yaşar Kərimov tənzimləyici orqanın müvafiq təsdiqindən sonra İdarə Heyəti sədrinin müavini və Pərakəndə bankçılıq idarəsinin rəhbəri vəzifəsində fəaliyyətə başlayacaq. Həmçinin, təcrübəli bankir xidmət modelinin dəyişdirilməsi prosesinə də rəhbərlik edəcək.

Yaşar Kərimov bank sahəsində 15 illik təcrübəyə malikdir və uzun müddət digər banklarda pərakəndə bankçılıq, marketinq və biznesin inkişafı, o cümlədən informasiya texnologiyaları sahəsində rəhbər vəzifələr tutub.

Bu təyinat bankın inkişafına güclü impuls verəcək və yeni "Brighter Banking" xidmət modelinin inkişafına yardım edəcək. Yeni modelə əsasən, hər bir müştəriyə göstərilən xidmət daha əlçatan, sürətli və parlaq olacaq.

 

 


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi