“Yelobank”ın filial müdiri müştərinin çənəsini sındırıb?

yelobankin-filial-mudiri-musterinin-cenesini-sindirib
Oxunma sayı: 2859

“Yelobank”ın Yasamal rayonu ərazisində yerləşən filialının müdirinin müştərini döyərək ona xəsarətlər yetirməsi haqqında məlumat yayılıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə vəkil Aqil Layıc paylaşım edib.

O iddia edib ki, filial müdiri Vüqar Mirzəzadə xidmətin gecikməsinə görə irad bildirən müştərini vuraraq çənəsini sındırıb. Vəkilin sözlərinə görə, məsələ ilə bağlı cinayət işi də açılıb.

DİN-in Mətbuat Xidmətinin əməkdaşı polis leytenantı Elbrus İbrahimov sorğumuza cavab olaraq bildirib ki, məsələ ilə bağlı hazırda ərazi üzrə polis orqanında araşdırma aparılır: “Müvafiq ekspertizalar təyin edilib. Araşdırmanın nəticəsindən asılı olaraq əmələ hüquqi qiymət veriləcək”.