Yəmən yenidən bombalandı- - 40 ölü

yemen-yeniden-bombalandi-
Oxunma sayı: 1067


“Qafqazinfo” CNN-ə istinadən xəbər verir ki, zərbələr İbb əyaləti və Səudiyyə Ərəbistan sərhəddində yerləşən Harad bölgəsinə olub. İbb əyalətinə endirilən hava zərbələri nəticəsində ən azı 20 nəfər ölüb. İkinci aviazərbələr endirilən Haradda isə 15 dinc sakin və bir neçə əsgərin dünyasını dəyişdiyi bildirilir.

Qeyd edək ki, Ərəbistan və digər Körfəz ölkələri husilərə qarşı beynəlxalq koalisiya yaradıb, “Qətiyyət tufanı” adlı hərbi əməliyyata start veriblər.