“Qafqazinfo” BBC-yə istinadən xəbər verir ki, Sana şəhərini ələ keçirmiş husi üsyançılarına qarşı hərbi əməliyyat 11 gündür ki davam edir.
Rusiya və Qırmızı Xaçın şəhərə dava-dərman və humanitar yardımın çatdırılmasına şərait yaratmaq üçün hərbi əməliyyatlara fasilə vermək çağırışlarına baxmayaraq, Səudiyyə Ərəbistanı hava reydlərini davam etdirmişdi.
Fasilənin elan edilməsi şəhərdən mülki əhalinin bir hissəsinin evakuasiya olunmasına da imkan vermiş olardı.
Sana sakinlərinin verdiyi xəbərlərə görə ötən gecə partlayışlar üsyançı husilərə loyallıq nümayiş etdirmiş ordu hissələrinin hərbi bazaları yaxınlığında da eşidilib.
Hava zərbələri eləcə də Yəmənin Səüdiyyə Ərəbistanla həmsərhəd rayonlarına da endirilib.
Ölkənin şərqində yerləşən Mukalla liman şəhərində yerli tayfaların silahlıları ilə hərbçilər arasında toqquşma baş verib.
Yerli əhalinin sözlərinə görə, 2 hərbi qulluqçu öldürülüb.
Son xəbərlər
Son Xəbərlər