Yəməndə atışma nəticəsində 14 nəfər ölüb

yemende-atisma-neticesinde-14-nefer-olub
Oxunma sayı: 630

Yəmənin Taiz şəhərində hökumət qüvvələri və Husilər arasında atışma olub.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “Anadolu” agentliyi məlumat yayıb.

Təhlükəsizlik qüvvələrindən verilən məlumata görə, ordu ilə Husilər arasındakı qarşıdurma nəticəsində 14 nəfər ölüb.

Ez-Zugayriye bölgəsi ilə Es-Sevbani dağında qarşıdurmalar davam edərkən, hökumət qüvvələri ölkənin cənub-qərbindəki Husilerin ən böyük bazası sayılan Xalid bin Vəlid hərbi düşərgəsini bombalayıb.