Yəməndə avtobus partladıldı - 5 ölü, 20 yaralı

Yəməndə avtobus partladıldı
Oxunma sayı: 377

Yəməndə avtobus partladılıb. “Qafqazinfo”nun məlumatına görə, bu barədə “Səba” agentliyi mənbəsinə istinadən xəbər verib.

İnsident Hadramaut əyalətində baş verib. İlkin məlumatlara görə, partladıcı qurğu trasda quraşdırılıb. Avtobusun onun üzərinə çıxması nəticəsində partlayış baş verib.

Partlayış nəticəsində 5 nəfər ölüb, daha 20 sərnişin yaralanıb. Xəsarət alanların bəziləri ağır vəziyyətdədir.

Faktla bağlı araşdırma aparılır.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi