Yəməndə cəmi 1 nəfər koronavirusa yoluxub

yemende-cemi-1-nefer-koronavirusa-yoluxub
Oxunma sayı: 1941

Dünyada ən az koronavirusa yoluxma qeydə alınan ölkə Yəməndir.

"Qafqazinfo" xəbər verir ki, indiyədək ölkədə cəmi 1 nəfər Covid-19-a yoluxub. 10 aprel tarixində koronavirusa yoluxduğu təsdiqlənən şəxsin 60 yaşlı kişi olduğu bildirilir.

Yəməndə aparılan test sayı isə 120-yə bərabərdir.

Qeyd edək ki, Yəmənin 29 milyona yaxın əhalisi var.