Yəməndə “Əl Qaidə” komandiri öldürüldü

yemende-el-qaide-komandiri-olduruldu
Oxunma sayı: 811

Yəməndə “Əl Qaidə” komandirlərindən biri pilotsuz uçan aparatın endirdiyi zərbə nəticəsində ölüb.

“Qafqazinfo” “RİA Novosti”yə istinadən xəbər verir ki, zərbələr Şabva əyalətinə endirilib. Nəticədə terrorçuların komandirlərindən olan Nasir Hüseyn Bamduh əl-Bubakri əl-Əluləki öldürülüb. 

Məlumata əsasən, öldürülən terrorçu “Əl Qaidə”nin Yəməndəki ən tanınmış komandirlərindən biri olub.