Yəməndə faciə davam edir- - 14 ölü, 32 yaralı

yemende-facie-davam-edir-
Oxunma sayı: 907


“Qafqazinfo” Daily Mail-ə istinadən xəbər verir ki,  “Qətiyyət tufanı” adlı hərbi əməliyyat çoxlu sayda sivil insanların ölümü ilə nəticələnib. Bu gün paytaxt Sənaya edilən bombalı hücum nəticəsində 4-ü uşaq, 2-si qadın olmaqla 6 nəfər yanaraq ölüb. Husilərin məntəqəsinə hücum zaman 32 nəfər də yaralanıb. Onların kimliyi müəyyənləşdirilir. Ölən 8 hərbiçinin isə husi üzvləri olması barədə araşdırma aparılır. 

Qeyd edək ki, Ərəbistan və digər Körfəz ölkələri husilərə qarşı beynəlxalq koalisiya yaradıb, bir neçə gün baş verən hücumlar zamanı xeyli sivil insan dünyasını dəyişib.