Yəməndə hakimiyyət rəsmən dəyişdi

yemende-hakimiyyet-resmen-deyisdi
Oxunma sayı: 636

“Qafqazinfo”nun məlumatına görə, xəbəri “France-Presse” agentliyi yayıb. Saleh prezident postunu Əbd Rəbbu Mənsur Hadiyə təhvil verib.

Yəməndə prezident seçkiləri fevralın 21-də keçirilib. Seçkilərdə prezidentliyə yeganə namizəd olan Əbd Rəbbu Mənsur Hadiyə seçicilərin 99,9 faizi səs verib. Seçkidə seçici fəallığı 65 faiz olub.

Hakimiyyətin təhvil verilməsi mərasimi ölkənin paytaxtı Sanada prezident sarayında keçirilib. Saleh öz xələfinə hakimiyyəti təhvil verərkən, “inqilab bayrağını etibarlı əllərə təslim edirəm”, deyib.

Hadi isə ümid etdiyini bildirib ki, Salehlə prezident sarayında yenidən görüşəcək.

Yəmənin indiki prezidenti iki illlik müddətə seçilib. Əbd Rəbbu Mənsur Hadi yeni liderin iki ildən sonra bu postu tutacağına ümidvar olduğunu bildirib.