Yəməndə həbsxanaya hava hücumu - 70 ölü

yemende-hebsxanaya-hava-hucumu
Oxunma sayı: 1293

Yəmənin şimalındakı bir həbsxanaya Səudiyyə Ərəbistanının rəhbərliyindəki Ərəb koalisiyası tərəfindən hava hücumu təşkil edilib.

“Qafqazinfo” “Anadolu” agentliyinə istinadən xəbər verir ki, Husilərin nəzarətində olan Saada bölgəsində Rəmand Həbsxanası hücuma məruz qalıb.

İlkin məlumata görə, hücum zamanı 70 nəfər ölüb, 138 nəfər yaralanıb.

Yaralılar Əl-Cümhuriyyə xəstəxanasına yerləşdirilib.