Yəməndə məktəb avtobusu atəşə tutuldu - 43 ölü, 61 yaralı + Yenilənib

yemende-mekteb-avtobusu-atese-tutuldu
Oxunma sayı: 2166

Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi ərəb koalisiyası Yəmənin şimalındakı Saada şəhərinə aviazərbələr endirib.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, hücumlar zamanı 39 nəfər ölüb, 51 nəfər isə yaralanıb. 

Beynəlxalq Qızıl Xaç Komitəsi sosial media hesabından yaydığı açıqlamada, aviazərbələrin hədəfində sərnişin avtobusunun olduğunu bəyan edib. Ölənlərin əksəriyyəti uşaqdır.

***

“Qafqazinfo” “Dünya bülleteni”nə istinadən xəbər verir ki, Saada vilayətinin Dahyan şəhərinə hücum nəticəsində 43 şagird ölüb. Vilayətin səhiyyə idarəsi 61 nəfərin yaralandığını açıqlayıb.

Beynəlxalq Qırmızı Xaç Komitəsinin Yəməndəki nümayəndəliyinin rəhbəri Yohannes Bruver avtobusdakı şagirdlərin çoxunun 10 yaşdan kiçik olduğunu bildirib.