Yəməndə öldürülənlərin sayı 50 min nəfəri ötdü

yemende-oldurulenlerin-sayi-50-min-neferi-otdu
Oxunma sayı: 1391

2015-ci ildən etibarən Səudiyyə Ərəbistanı rəhbərliyindəki koalisiya qüvvələrinin hücumuna məruz qalan Yəməndə ölənlərin sayə 50 mini keçib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “Washington Post” məlumat yayıb.

Qəzet yazıb ki, öldürülənlərin sayının durmadan artmasına baxmayaraq, rəsmi məlumatlarda ölənlərin sayı 10 min olaraq göstərilir:

“Səudiyyə Ərəbistanı rejiminin təcavüzü nəticəsində Yəməndə sivillər bombaların altında qalır, kütləvi xəstəliklərdən ölürlər. Amma görünən budur ki, ölənlərin sayı hələ də sabit qalıb. Bu, bilərəkdən belə təqdim edilir”.

Qeyd edək ki, BMT hələ 2016-cı avqustunda 10 min nəfər öldüyünü, hətta həqiqi sayın daha çox ola biləcəyini açıqlamışdı.

Ölkəyə humanitar yardımın əngəllənməsi səbəbindən kütləvi xəstəliklər hökm sürür. 3 milyon 400 min nəfərdən çox yəmənli evindən didərgin düşüb.