Yəməndə qətliam davam edir - Daha 22 nəfər öldü

yemende-qetliam-davam-edir
Oxunma sayı: 795

Sәudiyyә Әrәbistanının rәhbәrliyindәki koalisiya qüvvәlәrinin Haccah şәhәrinə hücumları nəticəsində son iki gündə 22 nəfər ölüb.

“Qafqazinfo” TRT-yə istinadən xəbər verir ki, onlardan 12-si uşaq. 10-u isə qadındır.

BMT-nin Humanitar Mәsәlәlәr üzrә Koordinasiya Ofisindәn verilәn məlumata görə, hücum nәticәsindә daha 30 nәfәr isə xəsarət alıb. Yaralılar paytaxt Sanadakı xəstəxanalara yerləşdirilib.

Qeyd edək ki, 2015-ci ildən bəri Yəmənə hücumlar təşkil edən koalisiya qüvvələri kütləvi qətliamlar törədir. Bu zamana qədər qeyri-rəsmi məlumatlara görə, 50 mindən çox insan öldürülüb. Ölkәdәki 22 milyondan çox insanın humanitar yardıma möhtac olduğu bildirilir.