Yəməndə Salehin edamını tələb edirlər

yemende-salehin-edamini-teleb-edirler
Oxunma sayı: 642

İslamazeri.az-ın ərəb mənbələrinə istinadən verdiyi xəbərə görə, Yəməndə ötən gün paytaxt Sananın “ət-Tagyir” meydanında nümayişlər təşkil edilib. Aksiyaçılar Əli Abdullah Salehə qanuni toxunulmazlıq verilməsinə etiraz edərək, onun və yaxınlarının mühakimə olunmasını istəyib. Nümayişçilər, Salehin edamına qədər nümayişlərini davam etdirəcəklərinin vurğulayıblar.

Qeyd edək ki, Yəmən keçid hökuməti Əli Abdullah Salehə qanuni toxunulmazlıq verən qanunun tənzimləməni təsdiqləyib və məclisə göndərib.

Xatırladaq ki, Yəmən diktatoru Əli Abdullah Saleh, 32 illik hakimiyyətdən sonra bir neçə dəfə müxtəlif təhdidlərə baxmayaraq, noyabrın 23-də Fars Körfəzi Əməkdaşlıq Şurasının təklifini imzalayaraq, toxunulmazlıq qarşılığında vəzifəsindən çəkilməyi qəbul etmişdi.