Yəmənin İbb vilayətində toy məclisinə silahlı hücum olub.
"Qafqazinfo" xarici KİV-ə istinadən xəbər verir ki, qonaqlardan 8 nəfər ölüb, 13 nəfər yaralanıb. Atəş açan qrup üzvlərinin üzündə maska olduğundan onların şəxsiyyətini müəyyən etmək mümkün olmayıb. Cinayətkarlar qarışıqlıqdan istifadə edərək qaçmağı bacarıb. Hadisənin terror olmadığı bildirilir.
Qeyd edək ki, İbb 2015-ci ildən husilərin nəzarətindədir.
Son xəbərlər
Son Xəbərlər