Yəmənə rekord həcmdə yardım ayırılıb

yemene-rekord-hecmde-yardim-ayirilib
Oxunma sayı: 1554

BMT Yəmən sakinlərinə humanitar yardım üçün  rekord həcmdə - 50 milyon dollar ayırıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

BMT baş katibinin müavini Mark Loukokun sözlərinə əsasən, bu vəsait ölkədə humanitar fəlakətin daha da pisləşməsindən qarşısını almaq üçün lazımdır.

“Yəməndə 22 milyon insanın humanitar yardıma ehtiyacı var, 8 milyon insan isə aclıqla üz-üzədir. Bu vəsait 27 dairədə vəziyyətin yaxşılaşdırılmasına sərf olunacaq”,- deyə M.Loukok qeyd edib.