“Yenə Azərbaycan və Türkiyə bayraqlarını qaldıracağam” - Ramil Quliyev

yene-azerbaycan-ve-turkiye-bayraqlarini-qaldiracagam
Oxunma sayı: 844

Türkiyə millisinin azərbaycanlı atleti Ramil Quliyev Tokio-2020 olimpiadası ilə bağlı hədəflərindən danışıb.

“Qafqazinfo” xəbər verir ki, qızıl medalı hədəfləyən Ramil “Sputnik Azərbaycan”a müsahibəsində mükafatçılar sırasına düşəcəyi halda, Türkiyə və Azərbaycan bayraqlarını dalğalandıracağını deyib:

“Allah etsin ki, mən Tokiodakı olimpiadada mükafat qazanım. Bu halda əlbəttə, qaçış zolağına iki bayraqla çıxacağam”.

29 yaşlı atlet 2017-ci ildə dünya çempionu olarkən Azərbaycan və Türkiyə bayraqları ilə dövrə vurmuşdu.