“Qafqazinfo”nun məlumatına görə, ötən gün Natavan Həbibi ilə məhkəməsi keçirilən klipmeyker sosial şəbəkə vasitəsilə bu xəbərlərin yalan olduğunu bildirib:
“Ay Allah, gülməkdən öldüm. “İnstagram” səhifəmdən imtina etməmişəm. Sadəcə demişəm ki, mənə vəkil tərəfindən göstərilən sözləri “İnstagram”da yazmamışam, efirdə demişəm. Yenə də deyirəm, Natavan, sənə və səni müdafiə edənlərə yazığım gəlir, çox gülüncsünüz.”
Qeyd edək ki, Zorik “İnstagram”da Həbibinin ünvanına təhqiramiz ifadələr yazıb və ifaçını erməni adlandırıb.