Yenə qaz olmayacaq

yene-qaz-olmayacaq
Oxunma sayı: 2782

Sabah Azərbaycanın bəzi yerlərində qazın verilişində məhdudiyyətlər olacaq.

Qafqazinfo” “Azəriqaz” İB-nin ictimaiyyətlə əlaqələr şöbəsinə istinaddən məlumatına görə, aşkar olunmuş qaz sızmasının ləğvi, yeni çəkilmiş diametri 76 millimetrlik qaz xətlərinin qaz təchizatı mənbəyinə birləşdirilməsi, qaz xətlərində aparılacaq təmir işləri və istehlakçıların qaz təchizatının yaxşılaşdırılması məqsədilə iyunun 21-də saat 09.00-dan işlər yekunlaşanadək Ağdaş və Zaqatala rayonlarının, eləcədə Bakı şəhərinin Xəzər rayonunun Qala və Şüvəlan qəsəbələrinin bir hissəsində təbii qazın verilişində fasilələr yaranacaq.