Yenə qaz olmayacaq

yene-qaz-olmayacaq
Oxunma sayı: 2058

İyulun 13-də saat 10-dan 18-dək SOCAR-ın “Qaz İxrac” İdarəsinin Ağdam magistral qaz kəmərləri sahəsinin “Quzanlı”, “Qaradəmirçi”, “Ağcabədi”, Qazax magistral qaz kəmərləri sahəsinin “Əskipara” və “Qazax”, Astara magistral qaz kəmərləri sahəsinin “Masallı”, “Tüklə”, “Xarxatan” və “Avrora” qazpaylama stansiyalarında və bəzi ölçü qovşaqlarında cari təmir işləri aparılacaq. Təmir müddətində Lənkəran rayonunun Liman, Hirkan, Gərmətük, Aşağınüvədi, Boladi, Şağlasel və Mamusta, Masallı rayonunun Ərkivan, Musaküçə, Qızılavar, Mahmudavar, Türkoba, Bədalan və Boradigah kəndlərinin təbii qaz təchizatında məhdudiyyətlər olacaq.

Qafqazinfo”nun SOCAR-a istinadən məlumatına görə, aparılan işlərin Ağcabədi, Ağdam, Bərdə və Qazax rayonlarının bir hissəsinin təbii qaz təchizatına təsir göstərməsi də mümkündür.