Yenə qazsız qalacaqsız

yene-qazsiz-qalacaqsiz
Oxunma sayı: 1849

İyunun 23-də saat 10-dan 18-dək SOCAR-ın “Qaz İxrac” İdarəsinin Abşeron magistral qaz kəmərləri sahəsinin “Türkan-2”, saat 10-dan 14-dək isə Ağdam magistral qaz kəmərləri sahəsinin “Bərdə” qazpaylama stansiyalarında, eləcə də bəzi ölçü qovşaqlarında cari təmir işləri aparılacaq.

QafqazinfoSOCAR-ın mətbuat xidmətinə istinadən məlumat verir ki, təmir müddətində aparılan işlərin Bakının Xəzər rayonunun Türkan-2 qəsəbəsinin və Bərdə şəhərinin bir hissəsinin təbii qaz təchizatına təsir göstərməsi mümkündür.