Yenə su olmayacaq

yene-su-olmayacaq
Oxunma sayı: 1234


“Qafqazinfo”ya daxil olan məlumata görə, “Ağ şəhər” yaşayış massivinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsi çərçivəsində Bakı şəhəri Xətai rayonu Xəqani Rüstəmov küçəsindən keçən magistral su xətti üzərində yenidənqurma işlərinin aparılması ilə əlaqədar 7 aprel 2015-ci il tarixdə saat 09:00-dan etibarən gün ərzində Xocalı prospekti, Xəqani Rüstəmov, Mehdi Mehdizadə, Nəcəfqulu Rəfiyev  küçələrinə içməli suyun verilməsində  məhdudiyyətlər olacaq. Yaranacaq narahatlıqla əlaqədar “Azərsu” ASC abonentlərdən üzr istəyir.