Yenə tərəf müqabili oldular - Foto

yene-teref-muqabili-oldular
Oxunma sayı: 5259

Türkiyəli aktyorlar İbrahim Çelikkol və Yasemin Kay Allen illər sonra yenidən tərəf müqabili olublar.

“Qafqazinfo” “Takvim” nəşrinə istinadən xəbər verir ki, onlar “Ayrılık da sevdaya dahil” adlı serial üçün bir araya gələcək. 

İbrahimin “Kemal” rolunu canlandıracağı ekran işində Yasemin “Neslihan” obrazına həyat verəcək.

Qeyd edək ki, sənətçilər illər əvvəl “Merhamet” serialında iki sevgilini canlandırmışdı. Sözügedən ekran işində Yasemin “Irmak”, Çelikkol isə “Fırat” obrazına həyat verib. Hətta onların serialdan sonra bir müddət eşq yaşadığı da deyilirdi.