Yenə Türkiyəyə qarşı fikir bildirdilər

yene-turkiyeye-qarsi-fikir-bildirdiler
Oxunma sayı: 1709

“Türkiyə Avropa Birliyinə qoşulmağa hazır deyil”.

”Qafqazinfo” türk mediasına istinadən xəbər verir ki, bu sözləri Avropa Birliyi Komissiyasının Prezidenti Yan Klod Yunker deyib. Yunker “Hazırda Türkiyə AB üzvlüyünə hazır deyil. Güman edirəm ki, on il içərisində də hazır olmayacaq” deyib.

Komissiya rəhbəri onu da bildirib ki, son Aİ sammitində əldə edilən anlaşmalar çərçivəsində Türkiyə ilə bağlayıcı bir müqavilə imzalanacaq.

Qeyd edək ki, Almaniya Kansleri Angela Merkel də dünən Alman mediasına verdiyi açıqlamada, Türkiyə ilə Aİ üzvlük danışıqlarını xatırladaraq, "Türkiyənin AB üzvlüyü gündəmdə yoxdur" ifadəsini işlətmişdi.

Aysel