Yenə uzun növbə, hələ də nəzarət edən yoxdur - Fotolar

yene-uzun-novbe-hele-de-nezaret-eden-yoxdur
Oxunma sayı: 6237

Xəbər verdiyimiz kimi, bu gündən tətbiq olunacaq məhdudiyyətlərə görə, bir neçə gündür vətəndaşlar vaksin olunmaq üçün kütləvi şəkildə xəstəxanalara axın edir. 

“Qafqazinfo”nun əməkdaşları poliklinikaları müşahidə etmək üçün bir neçə tibb ocağına baş çəkib. Fotolardan da göründüyü kimi, 1, 7 və 8 saylı poliklinikalarda da vaksin növbəsi zamanı sıxlıq yaranıb. Peyvənd olunmağa gələnlər arasında sosial məsafə qorunmur, karantin qaydaları pozulur.

Günlərdir ki, sosial şəbəkələrdə poliklinikalardakı peyvənd növbələri haqda foto-videolar paylaşılır. Qeyd edilir ki, yoluxma sayının 4000-dən çox olduğu vaxtda belə növbələr daha da təhlükə yaradır. Hətta sağlam vətəndaşların belə bu sıxlıqda koronavirusa yoluxma ehtimalı artır. Rəsmi qurumlar isə açıqlamalarında növbələrə səbəbi vətəndaşların növbə götürmədən poliklinikaya gəlməklərində, vaksin olunmağı son günə saxlamaqlarında görürlər. 

Səhiyyə Nazirliyi hələ avqustun 24-də açıqladığı rəsmi məlumatda sıxlıqların tənzimlənə bilməməsini belə izah edib: "Tibbi personalın əsasən qadınlardan ibarət olmasını nəzərə alsaq, poliklinikaların həyətində yaranan növbənin onlar tərəfindən tənzimlənməsi çox çətindir. Bu işdə yardım üçün tibb müəssisələri yerli icra orqanlarına müraciət edəcək”.