Yenə xərəkdə gətirildi, yenə təxirə salındı

yene-xerekde-getirildi-yene-texire-salindi
Oxunma sayı: 647

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Rabitə Nazirliyinin yüksək vəzifəli şəxslərinin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən proses növbəti dəfə eyni səbəbdən təxirə salınıb.

Təqsirləndirilənlərdən biri, “Bakı Rabitə Təmir Tikinti” və “Təmir Təchizat Servis” MMC-lərinin direktoru Bayram Vəliyev məhkəmə binasına xərəkdə gətirilsə də, prosesdə iştirak edə bilməyib. Buna görə də məhkəmə prosesi aprelin 12-dək təxirə salınıb.

Qeyd edək ki, B.Vəliyevin belində 19 mm-lik yırtıq əmələ gəldiyi üçün proses bir neçə dəfə təxirə salınıb. Sonda isə B.Vəliyev əməliyyat olunub, buna görə də bir neçə iclas keçirilməyib. 

Murad Əhməd