Bu gün Nərimanov rayonunda Prezident İlham Əliyevin təşəbbüsü ilə aparılan əsaslı təmirdən və rekonstruksiyadan sonra açılışı olan “Cümə” məscidinə imam təyinatları baş tutub.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsindən “Qafqazinfo”nun sorğusuna cavab olaraq bildirilib ki, sözügedən qurumun sədrinin müvafiq əmrləri ilə Ceyhun Əkbər oğlu Rüstəmov və Araz Ayaz oğlu Abdullayev “Cümə” məscidinə imam vəzifəsinə təyin ediliblər.
Qeyd edək ki, Ceyhun Rüstəmov Bakı İslam Universiteti və Liviya Təbliğ Universitetində ali dini təhsil alıb. Qafqaz Müsəlmanları İdarəsinin Qazılar Şurasının üzvüdür. Qəbələ şəhəri “Mərkəzi Cümə” və Bakı şəhəri Yasamal rayonu “İlahiyyat” məscidlərinin imamı vəzifəsində çalışıb.
Araz Abdullayev Ağdaş rayonu Xosrov İslam Mədrəsəsində və Bakı İslam Universitetində təhsil alıb.
Son xəbərlər
Son Xəbərlər