Yeni ayın ilk gününə olan - Hava proqnozu

yeni-ayin-ilk-gunune-olan-
Oxunma sayı: 2172

Aprelin 1-də hava şəraitinin dəyişkən buludlu, günün birinci yarısında yarımadanın bəzi yerlərində çiskinli olacağı, arabir tutulacağı gözlənilir. Gündüz cənub küləyi əsəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən “Qafqazinfo”ya daxil olan məlumatına görə, Bakıda və Abşeron yarımadasında havanın temperaturu Abşeron yarımadasında gecə 4-7, gündüz 10-15, Bakıda gecə 5-7, gündüz 13-15 dərəcə isti olacaq.

Atmosfer təzyiqi normadan yüksək 766 mm civə sütunu, nisbi rütubət 85-95 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında

Aprelin 01-də bəzi yerlərdə yağış, dağlıq rayonlarda qar yağacağı, duman olacağı, havanın gündüz əsasən yağmursuz keçəcəyi gözlənilir. Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 3-8, gündüz 14-19 dərəcə isti, dağlarda gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz 7-12 dərəcə isti olacaq.

Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü meteohəssas insanlar üçün əsasən əlverişlidir.