Yeni Baş Nazir and içdi - Fotolar

yeni-bas-nazir-and-icdi
Oxunma sayı: 1476

“Yeni demokratiya” partiyasının lideri Kiriakos Miçotakis Yunanıstanın Baş Naziri kimi andiçməsini edib.

“Qafqazinfo”nun “Katimerini” qəzetinə istinadən verdiyi xəbərə görə, inauqurasiya mərasimi Afina şəhərində prezident sarayında baş tutub. Onu sələfi Aleksis Çipras qarşılayıb.

Baş nazirin yaxın günlərdə yeni hökumətin tərkibini təsdiqləyəcəyi gözlənilir.

Qeyd edək ki, ötən gün Yunanıstanda keçirilən parlament seçkilərində 51 yaşlı Kiriakos Miçotakis 39,85 faiz səslə qələbə qazanıb.

O, xalqa müraciətində partiyasının nəinki öz tərəfdarlarının, həm də bütün yunanların maraqlarını təmin və müdafiə edəcəyinə, vergiləri azaldacağına, bürokratiyaya son qoyacağına, Yunanıstanı biznes üçün əlverişli ölkəyə çevirəcəyinə vəd verib.