Yeni “Behlül” o ola bilər - Fotolar

yeni-behlul-o-ola-biler
Oxunma sayı: 3835

İzlənmə rekordları qıran “Aşk-ı Memnu” serialı əsasında çəkiləcək filmdə “Behlül” obrazını aktyor Boran Kuzumun canlandıracağı iddia olunur.

“Qafqazinfo” Türkiyə mətbuatına istinadən xəbər verir ki, aktyor bununla bağlı hər hansı açıqlama verməyib.

Qeyd edək ki, sözügedən filmdə “Bihter Ziyagil” obrazını son vaxtlar “Bergen” filmi ilə məşhurluq qazanmış aktrisa Farah Zeynep Abdullah canlandıracaq. Ekran işi rəqəmsal platformada təqdim olunacaq.

İllər əvvəl Kanal D-də yayımlanmış “Aşk-ı Memnu” serialında baş rolları Beren Saat (“Bihter”) və Kıvanç Tatlıtuğ (“Behlül”) canlandırıblar.