Yeni “Bihter”dən danışmaq istəmədi - Video

yeni-bihterden-danismaq-istemedi
Oxunma sayı: 2941

Türkiyəli aktrisa Beren Saat illər əvvəl canlandırdığı “Bihter Ziyagil” obrazını yenidən oynayacaq aktrisa Farah Zeynep Abdullah haqda danışmaq istəməyib.

“Qafqazinfo” xəbər verir ki, o, TV8 telekanalının müxbirinin sualını cavabsız qoyub.

B. Saat baxışları ilə reaksiya verməklə kifayətlənib. 

Qeyd edək ki, izlənmə rekordları qıran “Aşk-ı Memnu” serialı əsasında film çəkiləcək. Filmdə “Bihter Ziyagil” obrazını son vaxtlar “Bergen” filmi ilə məşhurluq qazanmış aktrisa Farah Zeynep Abdullah canlandıracaq.

İllər əvvəl Kanal D-də yayımlanmış “Aşk-ı Memnu” serialında baş rolları Beren Saat (“Bihter”) və Kıvanç Tatlıtuğ (“Behlül”) canlandırıblar.