Yeni buz dövrünün başlaması ilə bağlı - Xəbərdarlıq

yeni-buz-dovrunun-baslamasi-ile-bagli
Oxunma sayı: 4673

“Alimlər son illərdə iqlimdə iki meyil müşahidə edirlər: qlobal istiləşmə və körfəz axıntısının tədricən azalması”.

“Qafqazinfo” xəbər verir ki, bunu Rusiya Elmlər Akademiyası Puşçina Elm Mərkəzinin təbii fəlakətlər üzrə mütəxəssisi Aleksey Karnauxov Rusiya mətbuatına açıqlamasında deyib.

O qeyd edib ki, bu azalma temperaturun düşməsinə səbəb ola bilər:

“Rusiyanın Avropa hissəsindəki temperaturda ani azalma baş verəcək, təxminən 10-20 dərəcəyə qədər. Bu, buzlaşma dövrünün başlaması mənasına gələcək.

Avropa daha əvvəl Şimali Atlantikada axıntıların dəyişməsi səbəbindən buz dövrü adı verilən ani iqlim dəyişiklikləri yaşayıb. Sonuncusu Kiçik Dryas adlandırılmışdı. Kiçik Dryas 11 min il əvvəl bitdi və təxminən min il davam etdi”.