Yeni çəkilən yollar niyə dağılır? – Açıqlama

yeni-cekilen-yollar-niye-dagilir-aciqlama
Oxunma sayı: 646

Nəqliyyat nazirinin müavini Musa Pənahov "Qafqazinfo"ya açıqlamasında deyib ki, yeni yollar çəkiləndən sonra yollara nəzarət olunmayıb və ağır yük daşıyam maşınlar gediblər: "Onlara nəzarət olunmayıb. Nəticədə yollarda bəzi yerlərdə çatlar əmələ gəlib. O cümlədən Bakı-Quba beton yolunda".

Nazir müavini qeyd edib ki, Nəqliyyat Nazirliyinin mütəxəssisləri yol tikintisi zamanı hansısa səhlənkarlığa yol verilib-verilmədiyini araşdırırlar: "Hazırda mütəxəssislər araşdırırlar. İndi bir söz deyə bilmərəm".