Suriya üzrə danışıqların yeni raunduna mayın 16-da start veriləcək.
“Qafqazinfo” “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bu barədə BMT Baş katibinin mətbuat xidməti məlumat yayıb.
Birləşmiş Millətlər Təşkilatının (BMT) Suriya üzrə xüsusi nümayəndəsi Staffan de Mistura tərəfləri qarşılıqlı müzakirələr üçün İsveçrənin Cenevrə şəhərində yenidən toplayacaq.
“Müzakirələr üçün hazırlıqlar davam edərkən Mistura, ötən həftə Astanada əldə olunan razılaşmanın zorakılığın azalması üçün mühüm töhfə verməsinə və bu vəziyyətin Cenevrədəki siyasi danışıqlara müsbət təsir etməsinə ümid edir”,-deyə açıqlamada qeyd olunub.
Xatırladaq ki, mayın 5-də Türkiyə, Rusiya, İran tərəfindən Suriyada 4 deeskalasiya zonasının yaradılması barədə memorandum imzalanıb. Mayın 6-dan başlayaraq deeskalasiya zonalarında atəşkəs rejimi qüvvəyə minib.
Son xəbərlər
Son Xəbərlər