“Yeni Changan” avtosalonunun açılış mərasimi keçirildi - Video

yeni-changan-avtosalonunun-acilis-merasimi-kecirildi
Oxunma sayı: 2579

Avqustun 3-də Bakıda tam yeni nəfəsi və yenilənmiş modelləri ilə “Yeni Changan” avtosalonunun təqdimatı keçirilib. Təqdimat pandemiya dövründə izolyasiya qaydalarına riayət edərək onlayn qaydada, canlı yayım şəklində baş tutub. Təqdimat DJ Tural, Orxan Aslanov, Arzu Cəlili, Fəxri Əsədov kimi öz sahələrinin məşhur simalarının, müxtəlif şirkət rəsmilərinin iştirakı ilə keçirilib.

“Qafqazinfo” xəbər verir ki, Azərbaycan bazarına müəyyən fasilədən sonra geri dönən “Changan” tam olaraq yenilənmiş və üstün konseptlə artıq müştərilər üçün açıqdır. Brendin bazara yenidən daxil olması, daha eleqant və yuxarı kateqoriya avtomobillərin təqdim etməsi, innovativ texnologiyaların təklif olunması hazırda şirkətin əsas prioritetlərini təşkil edir. 

Qeyd edək ki, “Changan” brendi “Mercedes” və “Skoda” avtomobillərinin Azərbaycandakı rəsmi nümayəndəsi olan “SR Group” şirkətlər qrupunun dəstəyi və peşəkar komandası ilə xidmətinizdədir.

Onlayn təqdimat zamanı 6 yeni “Changan” modeli təqdim olunub. Demək olar ki, bütün avtomobillər bundan əvvəl ölkəyə gətirilən modellərdən tamamilə fərqlənir və üstündür. Daha cəlbedici dizayn, daha üstün texnologiyalar, daha keyfiyyətli və müasir avtomobillərin istehsalı və satışı nəinki Azərbaycanın, ümumilikdə müasir  “Changan” brendinin əsas strategiyasıdır. Hazırda “Changan” Çinin ən böyük avtomobil istehsalçısıdır və ildə 3 milyondan artıq avtomobil istehsal edir. Bununla da həm avtomobillərin keyfiyyəti və texnologiyaları, həm də model sırası artır. İzləyicilər ölkəyə ilk dəfə gətirilən  “Changan” CS15, CS75 Plus, CS85 və CS95 SUV tipli modellərini, habelə Eado DT sedan və F70 pikap modeli ilə tanış ola bildi.

 “Changan” avtomobil salonu artıq öz müştərilərini qəbul etməyə hazırdır.

Avtosalon Babək prospekti, 74 ünvanında yerləşir. Avtomobillərlə tanış olmaq üçün salona yaxınlaşa, yaxud changan.az saytı vasitəsilə bütün məlumatı əldə edə bilərsiniz. Elə bizim sosial şəbəkələrə, yaxud *5544 telefon nömrəsi ilə əlaqə saxlamaqla bütün suallarınıza cavab tapa bilərsiniz. Hər birinizi bu möhtəşəm modellərlə yaxından tanış olmağa dəvət edirik.

Sizə təqdimatın videoyazısını təqdim edirik: