Yeni dayanacaqdan elektron lövhə yoxa çıxdı

yeni-dayanacaqdan-elektron-lovhe-yoxa-cixdi
Oxunma sayı: 637

Bakının Nəsimi rayonu ərazisində yeni quraşdırılmış avtobus dayanacağındakı elektron lövhə yoxa çıxıb. Milli.Az-ın məlumatına görə, Cavadxan küçəsindəki dayanacaqda elektron lövhə yeni quraşdırılsa da, bir neçə gün əvvəl sökülüb.

Nəqliyyat Nazirliyinin mətbuat katibliyindən Milli.Az-a bildirildi ki, elektron lövhənin hansı səbəbdən sökülməsi məlum deyil. Məsələ araşdırıldıqdan sonra dəqiq məlumat vermək olar. Lövhənin nasazlıq və ya yol-nəqliyyat hadisəsi zamanı zədələnməsi səbəbindən çıxarılması mümkündür.