Misir prezidenti Əbdülfəttah əs-Sisinin kartejinin yoluna qırmızı xalça sərilməsi ölkədə qızğın mübahisələrə yol açıb.
“Qafqazinfo” anspress-ə istinadən xəbər verir ki, Sisi və hökumət rəsmilərinin Qahirənin 6 Oktyabr adlı məhəlləsinə səfər zamanı maşınlar üçün də yol boyu uzun bir qırmızı xalça sərilib.
Dövlət başçısının adı ilə bağlı olan bu hadisə ölkədə narazılıqlara səbəb olmaqla yanaşı bəziləri tərəfindən "israfçılıq edildiyi" şərhlərinə səbəb olub. Rəsmilər isə xalçanın Misir xalqını əyləndirmə məqsədi ilə istifadə edildiyini bildirib. Misirin müdafiə və hərbi sənaye naziri olmuş Əbdülfəttah əs-Sisinin prezdent seçildikdən sonra ölkədə bəzi narazılıqlar meydana gəlib.

Bir müddət əvvəl sosial şəbəkələrdə Ukrayna prezidenti Pyotr Poroşenkonun kartejinin nümunəvi hərəkətini əks etdirən video-çarx yayılmışdı. Prezident korteji yol-nəqliyyat qaydalarına əməl edrək hətta işıqforun qırmızı işığında dayanmışdı. Prezident kortejinin yolda dayanması sui-qəsdçilərə fürsət yaratdığı üçün mühafizə xidməti tərəfindən məqbul sayılmır. Prezidenti aparan avtomobil kortejinin sui-qəsd ehtimalını sıfra endirən və dəqiq nişan almağa imkan verməyən minimal sürət olaraq dünyada 120 km/s qəbul edilib.

Son xəbərlər
Son Xəbərlər