Yeni doğulan körpələrin çoxu oğlanlardır

yeni-dogulan-korpelerin-coxu-oglanlardir
Oxunma sayı: 1761

Ötən ilin yanvar-noyabr aylarında Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən ölkə üzrə 112758 doğulan körpə qeydə alınıb.

Dövlət Statistika Komitəsindən (DSK) “Qafqazinfo”ya verilən məlumata görə, 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə bu göstərici 11,1-dən 12,2-yə qədər artıb.

Doğulan uşaqlar arasında oğlanların xüsusi çəkisi 52,8 faiz, qızların xüsusi çəkisi isə 47,2 faiz olub. Doğulan körpələrdən 3154-ü əkiz, 150-si üçəm, 8-i isə dördəm olub.

Bununla belə 2022-ci ilin 11 ayında ölkə üzrə 55681 ölüm halı qeydə alınıb. 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə ölüm səviyyəsi azalaraq 7,6-dan 6,0-a düşüb.