Yeni doğulanlarda virusa qarşı immunitet necə yarana bilər?

yeni-dogulanlarda-virusa-qarsi-immunitet-nece-yarana-biler
Oxunma sayı: 2053

“Yeni doğulan və peyvənd olunmuş ananın südü ilə qidalanan körpənin 6-8 ay ərzində koronavirusa qarşı immuniteti yaranır”.

“Qafqazinfo” Rusiya mediasına istinadən xəbər verir ki, bunu N.F.Qamaleya adına Milli Epidemiologiya və Mikrobiologiya Tədqiqat Mərkəzinin direktoru Aleksandr Qintsburq bildirib.

“Hamilə qadın peyvənd olunarsa, anticismləri südü vasitəsilə körpəsinə ötürəcək və körpəni 6-8 ay ərzində virusa qarşı immun sistemi formalaşanadək ana südü qoruyacaq.

Hamilə qadınlara vaksin vurulması məsələsi azyaşlıların peyvənd olunması qədər kəskin məsələdir”, - deyə Qintsburq qeyd edib.