Nəsimi rayonunda 1 iyun –Uşaqların Beynəlxalq Müdafiəsi günü münasibətilə tədbir keçirilib.
“Qafqazinfo” xəbər verir ki, tədbir Nəsimi rayon İcra Hakimiyyəti və Nəsimi rayon Qeydiyyat şöbəsinin birgə təşkilatçılığı ilə Kliniki Tibbi Mərkəzin doğum şöbəsində keçirilib. Nəsimi rayon Qeydiyyat şöbəsi əməkdaşları burada dünyaya gələn 70-dən artıq uşaqlara şəhadətnamə veriblər.Yeni doğulan uşaqların adları bir-bir çəkildikdən sonra valideyinlərə doğum şəhadətnaməsi ilə yanaşı, hədiyyələr də təqdim edilib.
Tədbirdə Nəsimi rayon icra Hakimiyyəti Başçısının birinci müavini Gülarə Verdiyeva, Nəsimi rayon Qeydiyyat Şöbəsinin müdiri Aynur Sabitova və Kliniki Tibbi Mərkəzin baş həkiminin müavini Məhəbbət İbrahimova çıxış edərək uşaqları təbrik etmiş, valideynlərə uşaqların sağlam, gümrah böyüməsi və tərbiyəsi istiqamətində məsləhətlər veriblər.

Son xəbərlər
Son Xəbərlər