“Yeni doğulmuşlar arasında koronavirusa yoluxma halları kifayət qədərdir”

yeni-dogulmuslar-arasinda-koronavirusa-yoluxma-hallari-kifayet-qederdir
Oxunma sayı: 2475

“Xəstəlik ortaya çıxan ilkin vaxtlarda yeni doğulmuşlar virusa yoluxmurdu. Amma indi yeni doğulmuşlar arasında da koronavirusa yoluxma halları kifayət qədər var”.

“Qafqazinfo” xəbər verir ki, bunu Kliniki Tibbi Mərkəzin həkim-ginekoloqu Təranə Həsənova “REAL TV”nin efirində deyib. O bildirib ki, koronavirusa yoluxma hallarını ana bətnində dəqiqləşdirmək mümkün olmur: 

“Doğuşdan sonra bütün uşaqlardan hökmən COVİD testi götürülür, uşağın virusa yoluxub-yoluxmadığı aydınlaşdırılır. Ancaq bəzən koronavirusa yoluxmayan qadın doğuşdan sonra xəstəxanadan evə gedəndə 10 gün sonra qadın özü də, onun 12-15 günlük yeni doğulmuş körpəsi də koronavirusa yoluxa bilir”.