Yeni domen üçün qeydiyyat 185 min dollar

yeni-domen-ucun-qeydiyyat-185-min-dollar
Oxunma sayı: 630

“Qafqazinfo”nun AzerTac-a istinadən verdiyi məlumata görə, indi ünvanların ənənəvi “.com,” “.org” və ya “.az” kimi sonluqları əvəzinə, praktiki olaraq istənilən sözdən, hətta latın dilində olmayan sözlərdən istifadə etmək mümkün olacaq.

Belə domen üçün qeydiyyat haqqı 185 min dollar təşkil edir. Bu plan ilk dəfə olaraq rəsmən 2011-ci ilin iyununda səsləndirilmiş və “.com”, “.net” və ya “.org” kimi orijinal domenlərlə birlikdə olacaq domen zonaların sərbəst qeydiyyatını nəzərdə tutur.

Lakin yeni domen sisteminin işə salınması üzrə real qrafikin hələ ki, olmadığı nəzərə alınsa, bunun uzunmüddətli olacağı gözlənilir.

“İCANN” nümayəndələri bildirirlər ki, yüksək səviyyəli domenlərin qeydiyyat qaydasına ciddi nəzarət edərək müəllif hüquqlarının pozulması ilə qeydiyyat üçün göstərilən cəhdlərin qarşısını alacaqlar.