Yeni ekoloji ölçmə məntəqəsi

yeni-ekoloji-olcme-menteqesi-
Oxunma sayı: 944


“Qafqazinfo” xəbər verir ki, ARDNŞ-in mətbuat xidmətindən AzərTAc-a verilən məlumata görə, bu məqsədlə şirkətin “Neftqazelmitədqiqatlayihə” İnstitutunda layihələndirmə işlərinə başlanılıb. Mövcud normalara uyğun tikiləcək məntəqədə sutkada 30 nəqliyyat vasitəsi müayinə olunacaq.

Məntəqənin inşa ediləcəyi ərazidə 100 kvadratmetrlik inzibati bina, yanğın siqnalizasiya sistemi, yeraltı içməli su anbarı, təsərrüfat avadanlıqlarının saxlanılması üçün anbar inşa ediləcək. Bundan başqa, hava şəraitindən asılı olmayaraq nəqliyyat vasitələrinin ekoloji müayinələrinin aparılması üçün də şərait yaradılacaq. Tikintidə yeni texnika və qabaqcıl texnologiyalar tətbiq olunacaq.