Türkiyənin məşhur “Fatmagülün suçu ne?” serialı Hindistanda ekranlaşdırılacaq.
“Qafqazinfo” xəbər verir ki, layihənin orijinal ssenarisinə toxunulmayacaq və hind versiyası tezliklə yayımlanmağa başlayacaq.
Türkiyədə Beren Saatın canlandırdığı Fatmagül obrazını isə 7 il ekranlardan uzaq olan aktrisa Vandana Sajnani oynayacaq.
Aktrisa əvvəlcə zorlanma kadrlarının yayımına etirazını bildirib.
Vandana daha sonra təcavüz səhnəsi üçün həyat yoldaşından icazə aldığını, Türkiyə versiyasındakı kimi canlandıracağını söyləyib.


Son xəbərlər
Son Xəbərlər